AZ

Qusarda qəzada yaralananların vəziyyəti açıqlanıb

Qusar, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda baş verən qəzada yaralananların ikisinin vəziyyəti orta ağırdır.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 9-da 16 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması, qabırğaların və sol əl falanqalarının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (kişi) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olan 1962-ci il (qadın) və 1989-cu il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır.

Qeyd edək ki, dekabrın 9-da Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "ZİL" markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Seçilən
6
azertag.az

1Mənbələr