AZ

Minimum əmək haqqı müəyyənləşdirilərkən bu nəzərə alınacaq 

Minimum əmək haqqı müəyyənləşdirilərkən pul vahidinin alıcılıq qabiliyyəti nəzərə alınacaq və bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik barədə layihədə öz əksini tapıb.

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilmə məqsədi daşıyır.
Mövcud qanunvericiliyə görə, minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Layihəyə əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab ediləcək.

Mürtəza

Seçilən
15
3
olke.az

5Mənbələr