AZ

Aramsız və güclü yağış, dağlıq ərazilərdə qar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə aramsız və güclü olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi şərq rayonlarında isə bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Q.ƏLİYEV
XQ

Seçilən
10
49
xalqqazeti.az

10Mənbələr