Bakı. Trend:
Artıq bir ildir üzərində çalışdığımız “MyLift” rəqəmsalplatformasını 2026-cı ilin yanvar ayından etibarən istifadəyəverəcəyik. Platformanın geniş təqdimatı isə il sonunaplanlaşdırılıb.
Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan SənayeTəhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri OrxanXəlilzadə Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR vəAzərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgətəşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışızamanı deyib.
“MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cıildə istifadəyə verməyi planlaşdırırıq. Bu tətbiq vasitəsilə hərbir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatıanında görə biləcək, həmçinin liftlərin hansı texniki səviyyədəolduğuna dair göstəricilərlə tanış ola biləcək”.
O. Xəlilzadə qeyd edib ki, real vaxt rejimində aparılanyoxlamalar da sistemdə əks olunacaq.
“Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətlidərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşlarınistifadəsinə təqdim olunacaq”,- deyə o əlavə edib.