AZ

Maduro HƏDƏLƏDİ – Maçado Nobel laureatı mərasimə gəlməkdən ÇƏKİNDİ

Mariya Korina Maçado Nobel Sülh Mükafatını almağa gəlməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “NRK” radiosu məlumat yayıb. Venesuela prezidentinin təhdidləri səbəbindən builki laureat Oslodakı mərasimdə iştirak etməkdən imtina edib.

Məlumata əsasən, Venesueladan olan builki Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Osloda keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək.

Buna səbəb kimi ölkəsinin avtoritar rəhbərliyi, xüsusilə prezident Nikolas Maduro tərəfindən gələn təhdidlər göstərilir.

Bu barədə Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken məlumat verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr