AZ

Pirallahıda mənzildə yanğın oldu

BAKI, 10 dekabr. TELEQRAF

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 23 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
3
teleqraf.com

1Mənbələr