AZ

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib...

Poliqon xəbər verir ki, hadisə dekabrın 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən "Birlik" reabilitasiya mərkəzində qeydə alınıb.

 
Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.

Poliqon.info

Seçilən
128
11
poliqon.info

10Mənbələr