AZ

İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı (FOTO)

Bakı. Trend:

Dekabrın 9-da Türkiyə Respublikasının İstanbul şəhərindəAzərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışmərasimi keçirilib.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində Dövlət Turizm Agentliyininsədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərindəAzərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva,Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri FlorianZenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi vəmedia nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətəbaşlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yenimərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəlişəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını,Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasınatöhfə verəcəyini bildirib.

O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcəartdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasındatürkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.

Mədəni proqram ilə davam edən tədbir çərçivəsində, hər ikiölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsindəregional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsiaparılıb.

Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana səfər edənTürkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cüillə müqayisədə 7 faiz artım deməkdir.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Seçilən
2
11
az.trend.az

10Mənbələr