AZ

“Qarabağ” bu axşam həlledici oyununa çıxır - "Ayaks"la çətin sınaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" komandasını qəbul edəcək.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matçın start fiti saat 21:45-də səslənəcək. Oyunu sloveniyalı FİFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi turnir cədvəlində 7 xalla 21-ci yerdə qərarlaşıb. İlk beş oyunun hər birində məğlub olan "Ayaks" isə 36-cı - sonuncu pillədə yer alır.

Seçilən
38
2
day.az

2Mənbələr