Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Yaşıl iqtisadiyyata keçid Azərbaycan höküməti üçün prioritetdir. Hətta Azərbaycan yaxın gələcəkdə Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyib. Bunun üçün ölkəmizdə zəruri infrastruktur yaradılır. Hazırda ölkənin enerjiyə tələbatının 15 faizə yaxını yaşıl enerji hesabına ödənilir.Amma nədənsə yaşıl enerjiyə keçid siyasətinə ictimai dəstək yetərli səviyyədə deyil. Belə ki, ölkəmizdə sahibkarların “yaşıl enerji”yə marağı o qədər də yüksək deyil.
Halbuki inkişaf etmiş ölkələrdə hara baxsan, yaşıl enerjidən istifadə nümunələrini görmək olar.
Amma Azərbaycanda özəl sektorda bu istiqamətdə təşəbbüslər çox azdır.
Doğrudur, yaşıl enerjinin istehsalını təşkil etmək müəyyən xərclər tələb edir. Lakin istehsal başlayandan sonra hasil olunan enerjidə maya dəyər olduqca ucuz başa gəlir. Üstəlik, yaşıl enerji ekologiyanın qorunması üçün də mühüm əhəmiyyət kəsb edir.Bəs, yaşıl enerjiyə ictimia maraq niyə azdır?Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, yaşıl enerjidən istifadə dövlət tərəfindən diqqət mərkəzində saxlanılır:“Son illərdə ölkəmizdə günəş və külək enerjisi üçün xeyli poliqon hazırlanıb. Lakin dövlətin həyata keçirdiyi siyasətə ictimai dəstək yox dərəcəsindədir. Dünya ölkələrində fərdi evlər, özəl sektor 30 ildir ki, günəş və külək bateriyalarından istifadə edir. Qardaş Türkiyədə demək olar ki, hər kəs bu enerji növündən yararlanır. Hansı tikilinin üzərinə baxsan, günəş panellərini görərsən.Amma bizdə bu sahədə bir sistem yoxdur. Özəl sektorda və yaşayış binalarında günəş panellərindən istifadə hallarına rast gəlinmir. Doğrudur, bu prosesə biz bir qədər gec başlamışıq. Amma gec başlasaq da dünyanın müasir texnologiyalarından istifadə edib nələrsə yarada bilərik.Nəzərə alaq ki, günəş və külək enerjisinin bazasını qurmaq bir qədər vəsait tələb edir. Lakin qurğu işə düşəndən sonra il boyu pulsuz enerjidən istifadə etmək olur. Məktəblər, bağçalar, xidmət və hətta istehsal sahələrində yaşıl enerjinin nailiyyətlərindən uğurla yararlanmaq olar. Təəssüf ki, bu sahədə təşəbbüslər çox azdır. Eyni zamanda maarifləndirmə işi yoxdur. Halbuki dünyanın sabahı yaşıl enerji üzərində qurulur”.Surxay Atakişiyev, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.