AZ

Lerikdəağır QƏZA - Avtomobil dərəyə aşıb, sərnişin ölüb

Ajans.az xəbər verir ki, hadisə ötən axşam Lerikin Dico kəndi ərazisində qeydə alınıb. Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında saxlayıb və nəqliyyat vasitəsindən düşüb. Bu vaxt minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb. Avtomobildə olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində vəfat edib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. \ teleqraf.az

Seçilən
45
15
Ajans.az

10Mənbələr