Adi toyuq yumurtası yuxunun keyfiyyətini artıra və menopauza dövründə qadınların metabolik sağlamlığına yaxşı təsir göstərə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstraliyanın Dikin Universiteti alimlərinin “Nutrients” jurnalında dərc olunmuş araşdırmasında deyilir.
Qadınların perimenopauza və menopauza dövrü yuxu pozğunluğu, çəki artımı, əzələ kütləsinin azalması və kardiometabolik risklərin artması ilə müşayiət olunur. Bu fonda yumurta tərkibindəki faydalı maddələri ilə seçilir: zülal, triptofan, D vitamini, melatonin və antioksidantlar.
Yumurtanı xüsusən də gec saatlarda yemək effektli sayıla bilər. Belə ki, əsas aminturşular və melotoninə bənzər maddələr yuxuya daha tez getməyi təmin edir.