AZ

Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır.

Trend xəbərverir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Başdirektor müavini, "Baku Network" Araşdırma Mərkəzinin sədr müaviniSahil Kərimli Ankarada baş tutan "Qafqaz və Orta Dəhlizin Gələcəyi:İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundakı paneldə deyib.

Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiyaarasında strateji körpü olduğunu vurğulayıb:

"Qlobal ticarət axınları dəyişir, dünyada yeni nizam formalaşır.Bu kontekstdə Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır.Orta Dəhlizin iqtisadi önəmi, ilk növbədə, ticarət dövriyyəsininartması ilə bağlıdır. Şərqdən Qərbə yük daşımalarının daha sürətlivə təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Cənubi Qafqazölkələri tranzit ölkə kimi iqtisadi gəlirlərini artıracaq, regiondaticarət həcmi genişlənəcək."

Onun sözlərinə görə, dəhliz boyunca limanların, dəmir yollarınınvə gömrük keçidlərinin inkişafı həm də yeni iş yerlərininyaradılmasına səbəb olacaq:

"Regional inteqrasiya güclənəcək, ortaq infrastruktur layihələriölkələrimiz arasında iqtisadi əməkdaşlığı daha da artıracaq. CənubiQafqaz ticarət mərkəzinə çevriləcək. Orta Dəhliz həm Şimal, həm dəCənub dəhlizlərinə alternativ kimi strateji rol oynayır vəbeynəlxalq şirkətlər üçün riskləri azaldır. Yük daşımalarında vaxtitkisinin qarşısı alınır. Orta Dəhliz ənənəvi dəniz yolundan dahaqısadır, bu da çatdırılma müddətini və nəqliyyat xərcləriniazaldır."

Sahil Kərimli çıxışının davamında Avropanın enerjitəhlükəsizliyində Orta Dəhlizin mühüm rol oynadığınıvurğulayıb:

"Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün stratejiməqsəddir və Cənubi Qafqaz bu hədəfin reallaşmasında əsas həlqədir.Cənubi Qafqaz və Orta Dəhliz XXI əsrin ticarət, nəqliyyat və enerjixəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. Regionyalnız tranzit ərazi deyil, həm də qlobal iqtisadi təhlükəsizlik,enerji müxtəlifliyi və beynəlxalq əməkdaşlıq üçün mühümplatformadır."

Sahil Kərimli qeyd edib ki, infrastrukturun inkişafı, iqtisadiinteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıran əsasfaktorlardır:

"Azərbaycan və Türkiyə həm siyasi, həm iqtisadi sahələrdə dərinəməkdaşlıq edən iki qardaş dövlətdir. Hər zaman bir-birimizinyanındayıq."

Qeyd edək ki, Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq vəAraşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan BeynəlxalqMünasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və StratejiAraşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və OrtaDəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundapanel Ankarada baş tutub.

Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal,Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini -müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq,İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzonmillət vəkili Adil Karaismailoğlu, Bakı Network AraşdırmaMərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan BeynəlxalqMünasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev,Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çoxsayda qonaq iştirak edib.

Orta
Orta
Orta
Orta
Orta
Orta
Orta
Orta
Seçilən
41
6
az.trend.az

7Mənbələr