AZ

ABŞ-ın NATO-dan çıxması ilə bağlı qanun layihəsi təqdim olundu

ABŞ Konqresində ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatından ayrılmasını nəzərdə tutan yeni sənəd irəli sürülüb.

AzPost xəbər verir ki, Respublikaçı qanunverici Tomas Messi “NATO haqqında Qanun” adlanan layihəni rəsmi müzakirəyə təqdim edib.

Qanun layihəsində ABŞ-ın alyansa üzvlüyünün dayandırılması və bununla bağlı təşkilata rəsmi bildiriş göndərilməsi nəzərdə tutulur. Sənəddə həmçinin ABŞ vergi ödəyicilərinin vəsaitindən NATO-nun ümumi büdcələrinin maliyyələşdirilməsi üçün istifadə olunmasına qadağa qoyulması təklif edilir.

Messinin izahına görə, NATO soyuq savaş dövrünün qalığı kimi qiymətləndirilir və onun mövcudluğu artıq ABŞ-ın təhlükəsizlik maraqlarına uyğun gəlmir. Qanunverici hesab edir ki, alyans ölkəni xarici münaqişələrə qoşulma riski ilə üz-üzə qoyur.

O bildirir ki, Avropanın NATO üzvü olan dövlətləri özlərini müdafiə etmək üçün kifayət qədər iqtisadi və hərbi imkanlara malikdir. Bu səbəbdən ABŞ-ın ayrılması ilə boşalacaq maliyyə vəsaitinin daxili ehtiyaclara yönəldilməsinin daha məqsədəuyğun olduğunu vurğulayır.

Messi çıxışında ABŞ-ın tarixən xarici siyasətdə daimi müdaxilələrə yol verilməməsi barədə səsləndirilən xəbərdarlıqları da xatırladıb və bunun hazırkı şəraitdə nəzərə alınmasının vacibliyini deyib.

AzPost.az

Seçilən
61
azpost.info

1Mənbələr