AZ

Spirtli içki qəbul edən qadınlar üçün TƏHLÜKƏ

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Əgər hər gün 100 ml-ə qədər spirt içki qəbul edilərsə, döş xərçəngi riski 10% artır"

"Ölkə.az" xəbər verir ki, bu barədə "Atlas" klinikalar şəbəkəsinin onkoloq-mammoloqu, tibb elmləri namizədi Maksim İqnatov deyib. O, erkən aşkarlandığı halda xəstəliyin müalicəsinin mümkünlüyünü bildirib.

Həkim vurğulayıb ki, sağlam həyat tərzi ən vacib qorunma üsuludur:

"Ən başlıcası, düzgün qidalanmadır. Rasionda liflə zəngin məhsullar yer almalıdır, çünki bu, fitoestrogenlərin mənbəyidir. Bu maddələr endokrin sistemdən asılı olan şiş xəstəlikləri riskini azaldır. Həmçinin spirtli içkilərin məhdudlaşdırılması faydalıdır", -  İqnatov əlavə edib.

Həmçinin həkim qeyd edib ki, doğuş və sonrakı südvermə də riskin azalmasına kömək edir.

"Tədqiqatlara görə, hər 12 aylıq südvermə dövrü riskin 4,3% azalmasına səbəb olur, hər doğum isə bu riski 7% azaldır. Amma bu o demək deyil ki, hər hansı əlverişsiz şəraitdə mütləq süd vermək lazımdır".

İqnatov bütün qadınlara və yeniyetmələrə illik mammoloq müayinəsi tövsiyə edir. Həkim süd vəzilərinin USM-lə yoxlanmasını, 40 yaşdan sonra isə mammografiyanı məsləhət görür. Bu müayinələr patologiyaları erkən mərhələdə aşkar etməyə imkan verir.(Milli.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
3
olke.az

4Mənbələr