AZ

Ukraynanı güzəştə getməyə məcbur edə bilmərik Kallas

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı Ukraynanı münaqişələrin həlli müzakirələri zamanı güzəştə getməyə məcbur edə bilməz. 

"Ölkə.az" xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Təqdim etdiyimiz bir sülh planı var idi, amma bu, idealistdir. Çünki bilirsiniz ki, Ukraynanı güzəştə getməyə məcbur edə bilmərik. Düşünürəm ki, bu, kökündən səhvdir. Buna görə də bizə konkret tələblər lazımdır və biz Rusiyadan görmək istədiyimiz şeyləri hazırlamışıq."

O, sülh planının işləməsi üçün avropalılara ehtiyac olduğunu qeyd edib. Kallas vurğulayıb ki, Aİ ölkələrinin "Rusiyaya qarşı tələblər irəli sürmək üçün imkanları" var.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
olke.az

2Mənbələr