AZ

Nazirlərin bu görüntüləri maraqla qarşılandı Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ-də Vaşinqton yaxınlığındakı Ronald Reyqan Vaşinqton Beynəlxalq Aeroportunda yeni investisiya planının təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən tədbirdə maraqlı anlar yaşanıb. 

Belə ki, tədbirdə səhiyyə və insan xidmətləri naziri Robert F. Kennedi-kiçik və nəqliyyat naziri Şon Daffi ölkə üzrə hava limanlarını ailələr və sərnişinlər üçün daha komfortlu etmək məqsədilə nəzərdə tutulan 1 milyard dollarlıq investisiya planını təqdim ediblər.

Ancaq tədbirin ən çox maraqlı anları nazirlərin dartınma yarışına çıxması olub.

Təqdimatdan sonra nazirlər “Kim daha çox dartınar?” deyə zarafatla yarışa başlayıblar.

71 yaşlı Kennedi-kiçik 20 dəfə dartınıb. Ondan 17 yaş gənc Daffi isə sadəcə 10 dəfə dartına bilib.

Həmin görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
qafqazinfo.az

1Mənbələr