ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.
Milli.Az xəbər verir ki, endokrinoloq-diyetoloq Mariya Brijanın sözlərinə görə, yanlış qida birləşmələri orqanizmin qida maddələrini mənimsəməsini zəiflədə və hətta narahatlıq yarada bilər.
Mütəxəssis aşağıdakı kombinasiyaların xüsusilə diqqətdə saxlanılmasını tövsiyə edir:
Qırmızı ət + güclü çay və ya qəhvə:
Bu içkilərdə olan tanninlər dəmir ilə həll olunmayan maddələr yaradır və onun sorulmasını xeyli azaldır. Xüsusən qanazlığına meyilli olanlar bu içkiləri 1-1,5 saat sonra qəbul etməlidirlər.
Dəmirlə zəngin qidalar + kalsium mənbələri (süd, pendir):
Kalsium dəmirin mənimsənilməsini zəiflədir. Bu səbəbdən onları eyni yeməkdə birləşdirmək məsləhət görülmür.
İspanaq və turşəng + süd məhsulları:
Bu göyərtilərdəki oksalatlar kalsiumla birləşərək hər iki elementin sorulmasını azaldır və həssas insanlarda böyrəkdaşı riskini artırır.
Kartof + paxlalılar:
Yüksək nişasta ilə paxlalıların birlikdə qəbulu həzmi çətinləşdirir, şişkinlik və ağırlıq yarada bilər.
Meyvə + proteinli və yağlı yeməklər:
Yeməkdən dərhal sonra meyvə yemək fermentasiyaya, şişkinliyə və narahatlığa səbəb ola bilər. Meyvəni əsas yeməkdən 30-40 dəqiqə əvvəl və ya 1,5-2 saat sonra yemək daha uyğundur.
Sadə şəkərlər + yağlar (fast food, şirin çörəklər):
Bu kombinasiyalar mədəaltı vəzə ciddi yük salır, qan şəkərinin kəskin yüksəlişinə səbəb olur və insulin müqaviməti olanlar üçün xüsusilə təhlükəlidir.
Kənan
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.