“Palantir” şirkətinin rəhbəri narkotik istifadə etməkdə şübhəli bilinir
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat və sosial media istifadəçiləri məlumat yayıb. Aleks Karpın konfransdakı qəribə hərəkətləri sosial şəbəkələrdə “kokain istifadəsi” iddialarına səbəb olub.
Süni intellekt sahəsində fəaliyyət göstərən “Palantir” meqakorporasiyasının baş direktoru Aleks Karp “New York Times”ın təşkil etdiyi konfransdakı çıxışı zamanı qəribə davranışı ilə gündəmə gəlib. O, kresloda daim vurnuxub, əlləri ilə oynayıb və bir yerdə sakit otura bilməyib.
“X” sosial şəbəkəsinin istifadəçiləri bu davranışın səbəbini tapmağa çalışıblar. Versiyalar arasında Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu (DEHP), əsəb gərginliyi, alkoqol və ya narkotik vasitələrin təsiri kimi ehtimallar irəli sürülüb. Bir çoxları onun kokain təsiri altında ola biləcəyini iddia edib.
Vəziyyət istifadəçilərin süni intellekt vasitəsilə hazırladığı videolardan sonra daha da pisləşib. Meqakorporasiya rəhbəri “kokain şeytanı” adlandırılıb və videolarda ona kresloda idman hərəkətləri etdirilib.
Qeyd edək ki, “Palantir” şirkəti süni intellekti hazır bizneslərə inteqrasiya edərək istehsalatda insanları əvəz etməklə məşğuldur.
Şirkət dolayı yolla hazırkı operativ yaddaş (RAM) böhranında günahkar bilinir. Həmçinin, bu şirkət ABŞ-ın hərbi sənayesinə xidmət göstərir.

Xuraman Etibarlı
İnterpress.az