"İmişli" Misli premyer-liqasının 14-cü turu çərçivəsində "Sumqayıt"ın meydanından məğlub ayrıldı - 0:1.
"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Sumqayıt" 1-ci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklər etdik. Bu, 2-ci hissədə özünü göstərdi. Daha güclü oynamağa başladıq. Qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik. Amma alınmadı. Futbol elə oyundu ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik.
- Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədəsizsə, yerlilərə üstünlük versəz, özünüzü neçənci pillədə görürsüz?
- Mən məşqçi kimi fərq qoymuram, futbolçum əcnəbidi ya yerli... Bu, mənim üçün çox əhəmiyyət daşımır. Hansı oyunçu özünü daha yaxşı göstərir, o da əsas heyətdə yer alır.
- Oyunun sonunda iki tərəf arasında dava düşdü. Bu haqda düşüncələriniz necədi?
- Hər iki tərəf həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadı. Futbol emosional oyundu. Gərək hər kəs özünü cilovlaya bilsin.
- Mövsümdə 3-cü dəfədi ki, penaltini qola çevirə bilmirsiz. Sizcə, problem nədədi?
- Bu suala cavab tapmaq çətindi. Məşqlərdə penalti epizodunu çalışırıq. Amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta