AZ

Petrosyan Rusiya səfiri ilə görüşdü

Dekabrın 9-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.

“Söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişafı və möhkəmlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - Musinyan qeyd edib.

Seçilən
4
1
azreform.info

2Mənbələr