UEFA Çempionlar Liqasının liqa mərhələsində altıncı turun oyunlarına start verilib.
Redaktor.az xəbər verir ki, gün ərzində baş tutucaq doqquz qarşılaşmadan ikisi artıq başa çatıb.
"Bavariya" öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Əvvəlcə avtoqola imza atan Münhen klubu sonradan rəqib qapısına üç dəqiq zərbə endirib - 3:1.
Digər matçda "Kayrat" doğma azarkeşləri önündə "Olimpiakos"u qəbul edib. Almatı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.