Bakı, 9 dekabr, AZƏRTAC
Quba rayonunda zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 22:18-də Quba stansiyasından 19 km şimalda 3,3 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.