Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yaponiyanın şimalındakı Aomori sahillərində baş verən rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ Yer qabığının sürüşməsinə səbəb olub.
Metbuat.az xəbər verir ki, zəlzələ nəticəsində Yer qabğı 9 santimetr sürüşüb. Bu barədə Yaponiya Coğrafi İnformasiya Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, zəlzələ fəsadlara səbəb olub. 50 nəfər yaralanıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. 70 santimetrlik sunami dalğası barədə elan verilsə də, xəbərdarlıq ləğv edilib. Yaponiya Meteorologiya Agentliyi daha yüksək maqnitudalı zəlzələlərin baş vermə ehtimalı barədə xəbərdarlıq edib. Dövlət televiziyasının məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi 8 və ya daha yüksək bal gücündə böyük meqazəlzələnin mümkün olduğunu bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.