AZ

Hacıyevlə Qriqoryan eyni studiyada

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Euronews telekanalına birgə müsahibə veriblər.

Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Müsahibə zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan və Azərbaycan liderləri bölgədə sülh və sabitliyi təmin etməyin yollarını düşünürlər ki, bu da sülhün institusionallaşdırılması və irəliləyişin müzakirəsinə səbəb olub.

"Uğur böyükdür və bunu qeyd edirik. Hər bir münaqişədə tərəflər bir-birinə etibar etmir, lakin biz bu istiqamətdə işləyirik.

Regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı gücləndirəcək, sülhü möhkəmlədəcək və hər iki cəmiyyətə iqtisadi fayda gətirəcək.

Seçilən
119
publika.az

1Mənbələr