AZ

“Sumqayıt” “İmişli”ni məğlub etdi

Misli Premyer Liqasında XIV tur çərçivəsində daha bir oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “İmişli”ni qəbul edən “Sumqayıt” 1:0 hesabı ilə qələbə qazanıb.

Matçın yeganə qolunu 82-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Bu qələbə ilə “Sumqayıt” 26 xalla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 15 xala malik “İmişli” isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0), “Araz-Naxçıvan” “Kəpəz”i (2:0) məğlub edib. “Zirə” - “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Seçilən
51
5
90deqiqe.az

9Mənbələr