AZ

Azərbaycan klubu Çelenc Kubokunun 1/16 final mərhələsinin ilk oyununda uduzub

ain.az, sport24.az saytına istinadən bildirir.

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.

Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.

Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
sport24.az

4Mənbələr