AZ

Zelenski seçkilərə razıdır

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı “La Repubblica” nəşrinə açıqlamasında bildirib.

"Mən həmişə hazıram", - deyə o vurğulayıb.

Zelenski, həmçinin İtaliyaya səfərinin yekununu şərh edərkən əlavə edib ki, bu ölkə hökumətinə güvənir və rəsmi Romanın Ukraynaya kömək göstərəcəyini gözləyir.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
7
unikal.az

8Mənbələr