AZ

PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub (FOTO)

Bakı. Trend:

Bir müddət öncə, “PAŞA Holding” tərəfindən “Business Talks byPASHA Holding” adlı yeni təşəbbüs təqdim olunub. Bu təşəbbüs müasirbiznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların vəstrateji yanaşmaların müzakirə olunduğu oflayn və onlayn tədbirlərsilsiləsidir. Təşəbbüsün əsas məqsədi dövlət və özəl sektorlarıarasında peşəkar dialoqu təşviq etmək və beləcə iqtisadi inkişafatəkan verməkdir.

9 dekabr, 2025-ci il tarixində “Business Talks” çərçivəsindəikinci tədbir baş tutub. Tədbir “PAŞA Holding”in təşkilatçılığı,Deloitte Azərbaycan şirkətinin tərəfdaş dəstəyi ilə həyatakeçirilib və “Kapital Bazarları və İPO” mövzularına həsrolunub.

Tədbir iki əsas sessiyadan ibarət olub. Belə ki, tədbirin ilkhissəsində “Kapital bazarları mövzusuna dövlət baxışı” üzrəmüzakirələr aparılıb. Tədbirin ikinci hissəsində isə əsas mövzuüzrə korporativ sektorun fikir və gözləntiləri dinlənilib.

İlk sessiyada çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımovkapital bazarlarının inkişafının Azərbaycanda da ən vacib stratejiprioritetlərdən biri olduğunu vurğulayıb. “Təcrübə göstərir ki, birçoxlarını düşündürən əsas sual bu inkişafa necə nail olmaqdır.Mərkəzi Bank bu suala “2024–2026-cı illər üzrə maliyyə sektorununinkişaf Strategiyası”nda cavab verib. Belə ki, biz, infrastruktur,yeni alətlər, qanunvericilik, xarici investorların cəlbi və nəzarətçərçivəsi kimi 5 istiqamətlə bağlı tədbirlər planı hazırlayaraqonun icrası ilə məşğuluq”, - deyə Mərkəzi Bankın sədribildirib.

“Kapital bazarları hər bir ölkədə iqtisadiyyatın dərinliyini vədayanıqlığını göstərən əsas indikatorlardan biridir. Kapitalbazarlarımızın dərinləşməsi, likvidliyin artması və investorbazasının genişlənməsi üçün bizdə çox böyük potensial mövcuddur”,deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.“Business Talks” təşəbbüsünün ümumi əhəmiyyətinə gəlincə isə, CəlalQasımov təşəbbüsü belə şərh edib: “Qlobal iqtisadiyyatıntransformasiya etdiyi bu dönəmdə biznes icması olaraq bizimbir-birimizə daha çox qulaq asmağa, daha çox əməkdaşlığa və dahaçox birlikdə düşünməyə ehtiyacımız var. Bu platforma həm biznesicmasına aktual mövzual üzrə müzakirələr aparmağa imkan verir, həmdə bizneslər və dövlət sektoru arasında bir növ fikir mübadiləsinitəşviq edir.”

“Azərbaycan iqtisadiyyatında gedən transformasiya proseslərikapital bazarlarının inkişafını daha zəruri edir və aktuallaşdırır.İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dərin, likvid vəetibarlı kapital bazarları dayanıqlı iqtisadi artımın mühümsütunlarından biridir. Bu baxımdan bu tədbirdə aparılmışmüzakirələr həm praktik, həm də strateji önəm daşıyır” – “Deloitte”şirkətinin idarəedici partnyoru Nuran Kərimov qeyd edib.

“Business Talks by PASHA Holding” platformasının növbətitədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktualmövzuların müzakirəsi planlaşdırılır.

PAŞA
PAŞA
PAŞA
PAŞA
Məqalədə:
Seçilən
31
7
az.trend.az

8Mənbələr