ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Prezident Volodimir Zelenski ABŞ lideri Donald Trampın “Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtı çatıb” fikrinə cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, İtaliyaya səfəri zamanı La Repubblica-ya açıqlamasında danışıb.
“Mən həmişə hazıram”, – deyə Zelenski vurğulayıb.
Avropa İttifaqından isə bildirib ki, Zelenskini legitim prezident hesab edirlər və Ukraynada prezident seçkiləri yalnız müvafiq şərait yarananda keçirilməlidir.
Xatırladaq ki, Tramp “Politico”ya müsahibəsində bildirib ki, seçki keçirilməlidir və Ukrayna xalqının seçmək hüququ olmalıdır.
“Onlar demokratiyadan danışırlar. Amma bu, demokratiya deyil”, – Tramp vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.