AZ

"Avroviziya"nın yayımı dayandırıla bilər

2026-cı ildə "Eurovision"nın maliyyələşdirilməsi ən böyük sponsorların itirilməsi ehtimalına görə təhlükə altına düşüb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Avstriyada keçirilməsi planlaşdırılan "Eurovision" mahnı müsabiqəsi gələn il büdcə azalması ilə üzləşə bilər. Buna səbəb İspaniya, Niderland, İrlandiya və Sloveniya tərəfindən müsabiqədə iştirakdan imtina etmək niyyətlərinin açıqlanmasıdır. Hər dörd ölkə bu qərarını İsrailin yarışda iştirakına etirazla əsaslandırır.

Avropa Yayım Birliyi (EBU) Cenevrədə keçirilən səsvermədə İsrailin müsabiqədə qalması barədə qərar verib və əksər üzvlər əlavə səsverməyə ehtiyac olmadığını bildirib. Yeni qaydalara görə, hökumətlər və üçüncü tərəflər səsverməyə təsir göstərə bilməyəcək.

İspaniya və Hollandiya "ictimai dəyərlərə uyğun olmadığı" üçün yarışmadan çəkilir və 2026 "Eurovision"u yayımlamayacaqlar. Sloveniya da mövqeyini dəyişmir. Belçika isə hələ qərarını açıqlamayıb.

Nəticədə "Eurovision" icması iki yerə bölünüb - bir qrup ölkə yarışmanı boykot edir, digər qrup isə yeni qaydaları dəstəkləyərək davam edəcəyini bildirir.

Müsabiqənin direktoru Martin Qrin bildirib ki, "Avroviziya" maliyyə baxımından sabit olaraq qalır. Onun sözlərinə görə, mümkün auditoriya itkisi Bolqarıstan, Rumıniya və Moldovanın yarışa qayıtması ilə kompensasiya oluna bilər.

Təşkilatçılar qeyd edirlər ki, şouya hazırlıq davam edir və siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq iştirakin stabil səviyyədə olacağına ümid edirlər.

Fidan
Milli.Az

Seçilən
8
3
milli.az

4Mənbələr