AZ

Tovuzda üç yaşlı oğlanın FACİƏLİ ÖLÜMÜ VİDEO

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Tovuzun Düz Qırıqlı kəndində bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, üçyaşlı oğlan su quyusuna düşərək ölüb.

"Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - mərhumun qohumu bildirib.

Digər qohum isə hadisəni belə təsvir edib: "Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi çox deyildi, yəqin ki, başı yerə dəyib zədə alıb".

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
6
www.bakupost.az

8Mənbələr