AZ

“Şansımız varsa, daha da irəli getmək istəyirik” - Qurban Qurbanov

"Bu gün UEFA Çempionlar Liqasında kifayər qədər xalımız var".

"Yeni Sabah" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ"-"Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu günə qədər əldə olunanlar çox yaxşı nəticədir: "Dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək istəyirik. Bugünədək olan nəticələrdən, futbolçularımdan çox razıyam. Daha keyfiyyətli kollektiv olmaq üçün yenə nəticə qazanmaq lazımdır".

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq./Oxu.az


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

4Mənbələr