AZ

İki maşın toqquşdu 4 yaralı var

ain.az bildirir, Modern.az portalına istinadən.

Dekabrın 9-u axşam saatlarında Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, "ZİL" markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir, onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
modern.az

5Mənbələr