AZ

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması ilə bağlı ərizə qəbulu gələn ilin əvvəlinədək dayandırılır

Bakı, 9 dekabr, AZƏRTAC

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır. Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu dekabrın 16-dan 2026-cı il yanvarın 2-dək dayandırılacaq. Ərizəçilərdən bunu nəzərə alaraq ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur.

Seçilən
28
17
azertag.az

10Mənbələr