Bunu "Yeni Sabah"a Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
O qeyd edib ki, hansı işlərin distant (məsafədən) görülə biləcəyini isə işəgötürən müəyyənləşdirir:
"Məsələn, dövlət sektorunda vahid qaydalar tətbiq oluna bilər, lakin özəl sektorda bu qərar işəgötürənin səlahiyyətindədir. Əməyin ödənişinə gəldikdə, əməkhaqqı qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı olmamaq şərti ilə işçi və işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Əsas şərt ondan ibarətdir ki, əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlar, o cümlədən minimum əməkhaqqı ilə bağlı tələblər pozulmasın".
Xatırladaq ki, Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.