AZ

Bakı cavab gözləyir: Hərbçilərimizlə bağlı səs küylü təklifə niyə yox deyilib?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də iranlı həmkarı Seyid Abbas Araqçi ilə birgə mətbuat konfransında Qəzza zolağındakı mövcud vəziyyətdən də danışıb. XİN başçısı anklavda baş verən proseslərin ciddi narahatlıq doğurduğunu bildirib.

Bayramov Azərbaycan hərbçilərinin Qəzza zolağına göndəriləcək sülhməramlıların tərkibində yer alması məsələsi ilə bağlı yekun qərarın olmadığını söyləyib. Nazir qeyd edib ki, Azərbaycan üçün bu məsələdə sual doğuran məqamlar var. Bakı müvafiq yerlərə sorğular ünvanlayıb, lakin tam cavab alınmayıb.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan hərbçilərinin Qəzzada təhlükəsizliyi qorumaq üçün regiona yollanma ehtimalları mövcud idi:

“Yaxın Şərq, xüsusilə Qəzza zolağı çox qəliz bir regiondur. Bu regionda hər şey baş verə bilər. Ona görə də Bakının tərəddüdü başa düşüləndir.

Azərbaycan Yaxın Şərq siyasətində fəaldır, lakin sülhün formalaşması prosesi çərçivəsində Bakının regiona kontingent göndərməsi mübahisəli məsələdir. Azərbaycan haqlı olaraq təmkinli davranır, radikal qərar vermir. Hesab edirəm ki, bütün suallara və narahatlıqlara aydınlıq gətilərsə, onda bu məsələ Azərbaycan üçün maraqlı olar.

Qəzzada təhlükəsizlik necə təmin ediləcək, nə baş verəcək, mandat necə müəyyənləşib — bunlar haqda məlumat yoxdur. Ona görə də Azərbaycanın məsələyə yanaşması bir qədər ehtiyatlıdır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
globalinfo.az

1Mənbələr