AZ

“Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi

Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları davam edir.

Msport.az xəbər verir ki, “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Naxçıvan təmsilçisi  turnir cədvəlində 23 xalla 6-cı yeri tutur.  Hesabında 6 xal olan Gəncə klubu  11-ci pillədədir.

Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki matçında “İmişli” 1:0 hesabı qalib gəlsə də, meydana adı protokolda olmayan oyunçu buraxdığı üçün sonradan komanda texniki məğlubiyyətlə üzləşmişdi.

Hazırda “Sumqayıt” 23 xalla turnir cədvəlində 5-ci, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.

Azərbaycan Premyer Liqası, 14-cü tur

9 dekabr (çərşənbə axşamı)

17:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 2:0 

Qol: Coşqun Diniyev, 38, Patrik Andrade, 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

19:30. “Sumqayıt” – “İmişli”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

6 dekabr (şənbə)

“Zirə” – “Qarabağ” – 1:1

7 dekabr (bazar)

“Karvan-Yevlax” – “Şamaxı” – 0:3

8 dekabr (bazar ertəsi)

“Sabah” – “Neftçi” – 2:0

“Qəbələ” – “Turan Tovuz” – 0:0 (Oyun qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb)

Seçilən
25
12
msport.az

10Mənbələr