09.12.2025-ci il tarixində saat 16:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
NOCOMMENT.az xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində müalicələri davam etdirilir.
Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
***
Goranboyda mikroavtobusla minik maşını toqquşması zamanı xəsarət alanların sayı 6 ya çatıb.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, xəsarət alanlar 1984-cü il təvəllüdlü Aynur Əmrahova, 1994-cü il təvəllüdlü Daşqın Məmmədov, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmov, 1991-ci il təvəllüdlü Billurə Novruzova, 1995-ci il təvəllüdlü Amil Məmmədov və 1984-cü il təvəllüdlü Siyavuş Musayevdir.
Xəsarət alan şəxslərin Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.