AZ

Tramp: Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi

Vaşinqton, 9 dekabr, AZƏRTAC

Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə deyib.

O bildirib ki, indi, sadəcə, onlar məsələni irəli doğru apardılar. “Zelenski ilk dəfə Putinlə görüşəndə iki şey istədi: Krımı geri qaytarmaq və NATO-ya üzv olmaq. O, bunu çox da xoş bir şəkildə demədi”, - deyə Tramp əlavə edib.

NATO-nun sıralarının genişlənməsi məsələsinə gəldikdə, o, bunu edə biləcək çox ölkə qalmadığını vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
47
4
azertag.az

6Mənbələr