AZ

Prokuror ərəblərə həbs cəzası istədi

Ajans.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sonuncu iki şahidin ifadəsi elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşması ela edilib. Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən əcnəbilərin hər üçünün ayrı-ayrılıqda 4 il azadlıqdan məhrum edilməsinin məhkəməyə təklif edib. Vəkillər müdafiə çıxışlarına hazır olmadıqlarına görə vaxt istəyiblər. Növbəti proses dekabrın 16- na təyin edilib. Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. \ unikal.az

Seçilən
37
7
Ajans.az

8Mənbələr