ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İkinci Liqanın 12-ci turunda "Quba"ya 2:1 hesabı ilə qalib gələn "Xankəndi" yenidən liderliyə yüksəlib.
Çətin səfərdə dubl etməklə Qarabağ təmsilçisinə təkbaşına qələbə qazandıran müdafiəçi Elşad Manafov matç barədə fikirlərini Fanat.Az-a bölüşüb:
"Çox şadam ki, qələbəmizdə pay sahibi oldum. Qazon o qədər də yaxşı deyildi, oyunumuz alınmırdı. Amma şükürlər olsun, Qubadan istədiyimiz 3 xalla ayrıldıq. İlk hissəyə 1:1 yollansaq da, fasilədən sonra toparlanıb üstünlüyə yiyələndik. Müdafiəçi olmağıma baxmayaraq 2 qol vura bilməyimi həm şansla, həm də istəklə əlaqələndirərdim. Fərqlənməyi çox istəyirdim.
Çempionatdakı qələbə seriyamızı növbəti turlarda da davam etdirib qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq əzmindəyik".
Qeyd edək ki, 12 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edən "Xankəndi" 16 dekabrda evdə "Ağstafa Gəncləri"nə qarşı keçirəcək.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.