Prezident İlham Əliyevin qəbul mərasimində Slovakiya hərbi orkestri “Qurban olum Azərbaycan” mahnısını ifa edib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında paylaşım edib.
“Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Slovakiyanın Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi aləti simbalda “Qurban olum Azərbaycan” mahnısını böyük peşəkarlıqla ifa edir”, - Hikmət Hacıyev qeyd edib.
During President Ilham Aliyev’s official visit to Slovakia, at the reception hosted by Slovak Prime Minister Robert Fico, the military orchestra is performing song “Qurban olum Azərbaycan” with great professionalism on the Slovak traditional musical instrument, the cimbalom. pic.twitter.com/yga0kkZbNl
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 9, 2025