AZ

İran və Çin regional stabillik üçün əməkdaşlığı genişləndirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məsid Təxt-Rəvançi Tehranda keçirilən İran-Çin-Səudiyyə Ərəbistanı üçtərəfli görüşünün üçüncü raundunda iştirak etmək üçün ölkəyə gələn Çin XİN rəhbərinin müavini Myao Deyu ilə görüşüb.

Görüş zamanı Təxt-Rəvançi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq İran və Çin liderlərinin bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduqlarını bildirib. O, İranın qarşılıqlı maraq doğuran sahələrdə əlaqələri daha da dərinləşdirməyə və 25 illik hərtərəfli əməkdaşlıq sənədinin icrasını sürətləndirməyə hazır olduğunu qeyd edib.

İran rəsmisi həmçinin Çinin Qərbi Asiyada sülh və sabitliyin təmin olunmasında oynadığı konstruktiv rola görə təşəkkürünü ifadə edib və iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu vurğulayıb.

Öz növbəsində, Çin XİN rəhbərinin müavini Myao Deyu İran və Çin arasında münasibətlərin beynəlxalq və regional proseslərdən asılı olmayaraq inkişaf etdirilməsinə dair ortaq iradəni xüsusi qeyd edib. O bildirib ki, Çin İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsində konstruktiv rol oynamağa hazırdır. Myao Deyunun sözlərinə görə, bu fəaliyyət Pekin Sazişinin əsas məqsədi olan regional sülh və sabitliyə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr