AZ

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Belə ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

Seçilən
84
15
publika.az

10Mənbələr