ain.az bildirir, Apa.az portalına istinadən.
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vyana toplantısı çərçivəsində Ukrayna tərəfi ilə Xəzər Boru Kəməri Konsorsiumunun (KDK) obyektlərinə edilən dron hücumları məsələsini müzakirə edib.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov nazirlikdə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri Vyanaya səfəri zamanı ukraynalı həmkarı ilə ayaqüstü görüş keçirib.
“Ukrayna tərəfi ilə əlaqəni saxlayırıq və onu bağlı diplomatik kanallar vasitəsilə işləməyə davam edəcəyik”, – o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.