AZ

Prezident: Slovakiya-Azərbaycan tərəfdaşlığı daimi xarakter daşıyır

BAKI, 9 dekabr. TELEQRAF

"Slovakiya hazırda BMT və NATO-da dərin köklər salaraq tarixən güclər arasında toqquşmaların, rəqabətin şahidi olmuşdur və indi Avropanı Şərqlə birləşdirən regionda bir hab rolunu oynayır. Bütün hallarda biz dialoqun, diplomatiyanın, sülhün və beynəlxalq hüquqa hörmətin tərəfdarıyıq. Biz səmimi, açıqqəlbli, qonaqpərvər və ənənələri sevən bir xalqıq. Biz dostluğa, mehribanlığa və digər humanist keyfiyyətlərə hörmət göstərməyə sadiqik".

Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafət zamanı deyib.

Prezident deyib: "Ola bilsin məhz buna görə və həm də şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma “sülhə nail olmaq mümkündür” kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik.

Seçilən
91
teleqraf.com

1Mənbələr