AZ

“Avropa ölkələri zəif insanlar tərəfindən idarə olunur” - ABŞ Prezidenti

“Əksər Avropa ölkələri çürüməkdədir və zəif insanlar tərəfindən idarə olunur”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə müsahibəsində deyib.

"Avropa ölkələrinin əksəriyyəti çürüməkdədir", - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, Avropa liderləri öz ölkələrini məhv etdikləri üçün dəhşətə gəlməlidirlər.

Amerika liderinin sözlərinə görə, bir çox Avropa ölkələri fəlakətli miqrasiya siyasətlərinə görə tezliklə yararsız hala düşəcəklər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr