AZ

Dünyanın ən güclü 10 telefonu açıqlandı - "iPhone 17" siyahıda yoxdur

Mobil cihazları mütəmadi olaraq sınaqdan keçirən və performans ballarına əsasən reytinq tərtib edən "AnTuTu" 2025-ci ilin ən güclü smartfonlar siyahısını açıqlayıb. 

Missiya.Az "Haber Global"a istinadən xəbər verir ki, bu dəfə nəticələr texnologiya ictimaiyyətində gözlənilməz sürprizlər yaradıb.

Dünya üzrə satış rekordları qıran Apple-ın yeni flaqmanı — iPhone 17 seriyası reytinqdə ilk 10-luğa belə düşə bilməyib. Populyar modelin siyahıda yer almaması istifadəçilər arasında müzakirələrə səbəb olub.

"AnTuTu"nun nəticələrinə görə, Snapdragon 8 Elite Gen5 çipseti ilə təchiz olunan Red Magic 11 Pro 2025-ci ilin ən güclü smartfonu seçilib. Gaming yönümlü model yüksək performans göstəriciləri ilə rəqiblərini geridə qoyub. Siyahıda iQOO 15 ikinci yeri tutur.

Üçüncü pillədə OnePlus 15 qərarlaşıb. Reytinqin alt sıralarında isə 2962431 bal toplayan Xiaomi 15 8-ci yerdə özünə yer tapıb.

"AnTuTu"nun reytinqi 2025-ci ilin ilk aylarında smartfon bazarında güc balansının necə dəyişdiyini göstərir və görünür ki, Android flaqmanları performans yarışında üstünlüyü ələ keçiriblər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr