AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq3,3 milyard ABŞ dolları təşkil edib.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayında bildirilib.

Məlumata görə, 2025-ci ilin yanvar-noyabr aylarında yeyintiməhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarınabərabər olub.

Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiqdövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardanhazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%,kimyasənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıqiplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dollarıvə ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞdolları və ya 2% artıb.

2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarıüzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabərolub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.

Seçilən
25
9
az.trend.az

10Mənbələr